"Piano Hotel Tennis League" turniri: 10.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışında növbəti duellər keçirilib.

Həmin oyunların nəticələrilə sizi tanış edirik.

1-ci Liqada Zaur Bayramov Aurelien Prostla qarşılaşıb. Aurelien əzmkar oyunla qalib gəlib: 4:6, 7:6 və 6:2.

2B qrupunda Sergey Zaqorovski Tərlan Tağıyevə qalib gəlib: 6:2 və 6:1.

2B qrupunda həmçinin daha bir duel olub. İsmayıl Babayev Ruben Valdes üzərində çətin qələbə qazanıb: 6:7, 6:1 və 6:3.

3A qrupunda Mahal Göyüşov Ruslan Xəlilova qalib gəlib: 6:2 və 6:1.

3B qrupunda Əli Mirzəyev Kamran Vataniyə uduzub: 6:7 və 2:6.

3C qrupunda Yadigar Məmmədli Sahib Həsənovu məğlub edib: 6:3, 4:6 və 6:3.

4B qrupunda Gündüz Əsədullayev Koray Kılıça uduzub: 5:7, 6:2 və 7:10.

4D qrupunda Kərim Əsgərov Ramin Əsədovdan üstün olub: 7:5 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.