"Piano Hotel Tennis League" turniri: 11.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı bütün həyəcanı ilə davam edir.

Ayın 11-ci günündə də Bakı Tennis Akademiyasında maraqlı qarşılaşmalar keçirilib.

1-ci Liqada Teymur Dadaşov çətinliklə də olsa, Ziya Ələkbərova qalib gəlib: 2:6, 7:6 və 6:2.

2A qrupunda 3 oyun keçirilib. Soltan Mamedov Fuad Ağayevdən üstün olub: 6:2 və 6:2.

Digər matçda Tofiq Süleymanov Əziz Manafova qalib gəlib: 6:1 və 6:4.

Həmçinin Azər Səfərov Emil Məmmədov üzərində qələbə qazanıb: 6:1 və 7:6.

4A qrupunda isə Yunus Alp Ahmet Çeliklə qarşılaşıb. Yunus 6:3 və 6:0 hesabları ilə qalib gəlib.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.