"Piano Hotel Tennis League" turniri: 12.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı bütün həyəcanı ilə davam edir.

Ayın 12-ci günündə də Bakı Tennis Akademiyasında maraqlı qarşılaşmalar keçirilib.

3B qrupunda Denis Kazarezov - Romano Capocci duelində  Romano qalib gəlib: 2:6, 7:5 və 3:6.

3B qrupunun digər matçında da maraqlı nəticə qeydə alınıb. Vüsal Bağırov Mamed Həsənovu 6:4 və 6:4 hesabları ilə məğlub edib.

3D  qrupunda  Cəmil Feyzullayev Üzeyir Əlimərdanbəyli üzərində qələbə qazanıb: 6:2 və 6:1.

4A qrupunda Fərid Yarıyev Ahmet Cheliki məğlub edib: 6:2 və 6:1.

4B qrupunda Bəhruz Rüstəmov Samir Rzayevə uduzub: 6:4, 0:6 və 5:7.

5A qrupunda Derviş Taşkesen Raziyə Hüseynova ilə bacara bilməyib: 6:2, 4:6 və 5:7.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.