"Piano Hotel Tennis League" turniri: 14.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışında növbəti matçlar keçirilib.

Ayın 14-də baş tutan qarşılaşmaların nəticələrilə yaxından tanış olaq.

1-ci Liqada İsmail Akıncı Teymur Dadaşovu hər iki setdə 7:5 hesabı ilə məğlub edib.

2A qrupunda Azər Səfərov Fuad Ağayevdən üstün olub: 7:5 və 6:3.

2B qrupunda Yuriy Zaytsev Tərlan Tağıyevi məğlub edib. 6:2, 4:6 və 10:8.

3A qrupunda Təyyar Akkubayov Rafiq Novruzova qalib gəlib: 6:1 və 6:2.

3A qrupunun digər duelində Rafe Hawkins Hill Bülent Özerdimi məğlub edib: 6:4 və 6:4.

3B qrupunda Kamran Vatani Mamed Həsənovdan üstün olub: 6:1 və 6:3.

3D qrupunda Tayyar Tan Yusif Ələsgərovu hər iki setdə məğlub edib: 6:0 və 6:2.

4A qrupunda Fərid Yariyev - Peter Palya matçında Fərid azarkeşlərini sevindirib: 6:3 və 6:2.

4B qrupunda Etibar Nəsirov - Arlene Dalimos duelində Etibar qələbə qazanıb: 6:4 və 7:5.

4C qrupunda Ralph Ayat - Mehmet Serhan Yildiz görüşündə Ralph 6:2 və 6:3 hesabları ilə qalib gəlib.

4D qrupunda da bir oyun olub: Səftər Quliyev James Custodioya uduzub: 5:7 və 2:6.

5A qrupunda Bünyamin Bilir Mamed Bayramovu məğlub edib: 6:3 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.