"Piano Hotel" Tennis Liqasının mart buraxılışında yaddaşlara həkk olan daha bir neçə duel keçirilib.
Ayın 15-də təşkil olunan oyunların nəticələrini təqdim edirik.
2B qrupunda Aleksandr Yakovlev Tərlan Tağıyevlə bacarmayıb: 2:6 və 4:6.
2B qrupunda Ruben Valdes - Yuriy Zaytsev duelində Ruben hər iki setdə qələbə qazanıb: 6:1 və 7:5.
3A qrupunda Rafe Hawkins Hill Təyyar Akkubayovu məğlub edib: 6:3 və 6:3.
4A qrupunda Emil Məlikov Yunus Alpa böyük hesabla qalib gəlib: 6:1 və 6:0.
4C qrupunda isə İnarə Aslanova Mehmet Serhan Yıldızdan üstün olub: 6:2 və 6:4
Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.