"Piano Hotel Tennis League" turniri: 16.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı bütün həyəcanı davam edir.

Ayın 16-da keçirilən duellərin nəticələrini təqdim edirik.

3A qrupunda Ruslan Xəlilov Rafiq Novruzova qalib gəlib: 7:5 və 6:3.

3B qrupunda Vüsal Bağırov Romano Capocci üzərində qələbə qazanıb: 6:1 və 6:1.

3D qrupunda Cəmil Feyzullayev Elçin Manafova uduzub: 3:6 və 6:7.

4C qrupunda isə Mary Rose del Norte Mehmet Serhan Yıldıza iki setin yekununda 6:0 və 6:2 hesabları ilə qalib gəlib.

Yoldaşlıq görüşündə isə Etibar Nəsirov Nabeel Xandan üstün olub: 6:2 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.