"Piano Hotel Tennis League" turniri: 18.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı bütün həyəcanı davam edir.

Ayın 18-də keçirilən duellərin nəticələrini təqdim edirik.

2A qrupunda Soltan Mamedov - Azər Səfərov dueli diqqət çəkib. Soltan 6:1 və 6:2 hesabları ilə qalib gəlib.

2A qrupunun digər matçında Fuad Ağayev Tofiq Suleymanova uduzub: 6:2, 6:7 və 3:6.

3C qrupunda Eldar Salayev Sahib Həsənovu məğlub edib: 7:6 və 6:3.

3D qrupunda Tayyar Tan Toğrul İmanova qalib gəlib: 6:2 və 6:3.

4D qrupunda James Custodio Cəmilə Teregulovanı məğlub edib: 6:4 və 7:6.

5A qrupunda Bünyamin Bilir - Ahmet Halis Güngüneş duelində isə Ahmet qələbə qazanıb: 2:6 və 5:7.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.