"Piano Hotel Tennis League" turniri: 22.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı davam edir.

Ayın 22-də keçirilən duellərin nəticələrini təqdim edirik.

2B qrupunda Sergey Zaqorovski Aleksandr Yakovlevi məğlub edib: 6:2 və 6:0

3B qrupunda Əli Mirzəyev Mamed Həsənova qalib gəlib: 6:4 və 6:0.

3C qrupunda Eldar Salayev - Nicat Həsənov duelində Eldar qələbə qazanıb: 7:6 və 6:3.

3D qrupunda Elçin Manafov Üzeyir Əlimərdanbəylini məğlub edib: 6:3 və 6:4.

4D qrupunda Səftər Quliyev Kərim Əsgərova uduzub: 6:2, 2:6 və 1:6.

4D qrupunda Natiq Paşayev Cəmilə Teregulovadan üstün olub: 6:7, 7:6 və 10:8.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.