"Piano Hotel Tennis League" turniri: 23.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı sona yaxınlaşmaq üzrədir.

Ayın 23-də keçirilən duellərin nəticələrilə tanış olaq.

1-ci Liqada Ziya Ələkbərov Zaur Bayramovla qarşılaşıb. Maraqla gözlənilən oyunda Ziya qalib gəlib: 6:1 və 6:3.

2A qrupunda Azər Səfərov Əziz Manafovu məğlub edib: 7:5 və 6:2.

3B qrupunda Kamran Vatani Denis Kazarezovla üz-üzə gəlib. Kamran 6:1 və 7:6 hesabları ilə qələbə qazanıb.

3D qrupunda isə Yusif Ələsgərov Toğrul İmanovdan üstün olub: 6:3 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.