"Piano Hotel" Tennis Liqasının mart buraxılışı sona yaxınlaşmaq üzrədir.
Ayın 26-da təşkil edilən oyunların nəticələrilə tanış olaq.
1-ci Liqada Ziya Ələkbərov İsmayıl Akıncı ilə qarşılaşıb. Maraqla gözlənilən oyunda İsmayıl qalib gəlib: 6:3, 3:6 və 2:6.
2A qrupunda Emil Məmmədov Əziz Manafovu məğlub edib: 6:2 və 6:4.
3C qrupunda Sahib Həsənov Jerome Kelle ilə üz-üzə gəlib. Sahib 6:2 və 6:4 hesabları ilə qələbə qazanıb.
4B qrupunda isə iki matç keçirilib. Samir Rzayev Koray Kılıçdan üstün olub: 6:2 və 7:5.
4B qrupunun digər görüşündə Bəhruz Rüstəmov Gündüz Əsədullayevə böyük hesabla qalib gəlib: 6:1 və 6:0.
Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.