"Piano Hotel Tennis League" turniri: 28.03.2022

"Piano Hotel" Tennis Liqasının mart buraxılışı sona yaxınlaşmaq üzrədir.

Ayın 28-də təşkil edilən oyunların nəticələrilə tanış olaq.

1-ci Liqada Ziya Ələkbərov Umut Gündoğanı məğlub edib.

1-ci Liqada həmçinin Teymur Dadaşov Zaur Bayramovdan üstün olub: 6:4 və 7:6.

3C qrupunda Sahib Həsənov Jerome Kelle ilə üz-üzə gəlib. Sahib 3 setin yekununda qələbə qazanıb: 2:6, 6:1 və 7:5.

4B qrupunda Etibar Nəsirov Koray Kılıçdan üstün olub: 6:4 və 6:1.

4C qrupunda Ralf Hayat Yelizaveta Maxortovaya böyük hesabla qalib gəlib: 6:1 və 6:1.

4D qrupunda isə Kərim Əsgərov Natiq Paşayevə qalib gəlib: 6:0 və 6:0.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

"Piano Hotel" Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.