"Porto Hotel Tennis League": Qalib və mükafatçılar müəyyənləşdi

"Porto Hotel Tennis League" həvəskar turnirinin noyabr buraxılışı başa çatır.

1-ci Liqanın qalibi İsmayıl Babayev olub. 2-ci yeri Zaur Bayramov tutub. İlk üçlüyü isə Zaur Məmmədzadə tamamlayıb.

2-ci Liqanın qalibi isə Umut Gündoğan olub. 2-ci yeri Ruben Valdes tutub.

3-cü Liqanın kubokunu Tayyar Tan qazanıb. Yuri Zaytsev isə ikinci yeri tutub.

4-cü Liqanın qalibi Bəhruz Rüstəmov olub. Kərim Əsgərov isə ikinci pillədə qərarlaşıb.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/