"Porto Hotel Tennis League" turniri: 02.02.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin fevral buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Soltan Mamedov İsmayıl Babayevi məğlub edib: 7:6 və 6:4.

2B qrupunda Azər Səfərov Fuad Ağayevi hər iki stedə 6:1 hesabı ilə məğlub edib.

3C qrupunda Elçin Manafov Fəxri Ələkbərliyə qalib gəlib: 6:4 və 6:1.

4B qrupunda İnarə Hüseynova Samir Rzayevə 3 setin yekununda qalib gəlib: 6:7, 7:5 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi