"Porto Hotel Tennis League" turniri: 03.02.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin fevral buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3A qrupunda Rafe Hawkins Hill Fərid Yarıyevi məğlub edib: 7:5 və 6:2.

3C qrupunda Yadigar Məmmədli Elçin Manafovdan üstün olub: 6:3 və 6:2.

4C qrupunda Nicat Həsənov Murad Seyidova qalib gəlib: 6:0 və 6:0

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.