"Porto Hotel Tennis League" turniri: 03.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Umut Gündoğan Soltan Məmmədovu hər iki setdə məğlub edib: 6:3 və 6:2.

3B qrupunda Əziz Manafov Sahib Həsənova qalib gəlib: 6:2 və 6:3.

4A qrupunda Koray Kılıç Yeliaevta Maxortovadan üstün olub: 6:1 və 6:2.

4B qrupunda İbrahim Şəriəti Fərid Həsənova çətinliklə də olsa, qalib gəlib: 6:1, 6:7 və 6:3.

5A qrupunda Ahmet Halis Güngünəş 3 setdən sonra Ramin Əsədova 2:1 hesabı ilə qalib gəlib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/