"Porto Hotel Tennis League" turniri: 04.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Bayramov Ruben Valdeslə qarşılaşıb. Zaur Bayramov qələbəni 2 setə qazanıb: 6:2 və 7:6.

1-ci Liqada həmçinin İsmail Akıncı Aurelien Prosta çətinliklə də olsa, qalib gəlib: 6:4, 5:7 və 6:1.

3A qrupunda Vüsal Bağırov Mary Rose Del Nortedən üstün olub: 6:1 və 6:2.

4A  qrupunda Peter Palya Jerome Kelleni 6:4 hesabları ilə məğlub edib.

4C qrupunda Fərid Həsənov Şeyh Musa Melekə hər iki setdə qalib gəlib: 6:0 və 6:1.

5A qrupunda Zaur Bayramlı Ramin Əsədovu çətinliklə də olsa, məğlub edib: 2:6, 6:3 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.