"Porto Hotel Tennis League" turniri: 04.02.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin fevral buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3D qrupunda Aleksandr Yakovlev Mehmet Serhan Yıldızı hər iki setdə məğlub edib: 6:0 və 6:1.

3D qrupunda həmçinin Aleksandr Yakovlev Pərviz Eyyubovu böyük hesabla məğlub edib: 6:0 və 6:0.

4B qrupunda İnarə Huseynova Derviş Taşkesenə əzmkar oyunl qalib gəlib: 6:7, 6:0 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.