"Porto Hotel Tennis League" turniri: 04.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada İsmayıl Babayev Umut Gündoğanla qarşılaşıb. 2-ci Liqanın qalibi Umut Gündoğan 1-ci Liqada ardıcıl 2-ci qələbəsini qazanıb. O, İsmayıldan üstün olub: 6-4 və 7-5

2B qrupunda Fuad Ağayev Aleksandr Yakovlevi hər iki setdə məğlub edib: 6-4 və 6-4

3A qrupunda Emil Məmmədov Vasil Latsaniçdən üstün olub: 6-1 və 6-4.

3B qrupunda Zaur Əsədov Bəhruz Rüstəmova qalib gəlib: 6-2, 3-6 və 6-2.

4A qrupunda Taleh Əhmədov Mary Rose Del Norte ilə üz-üzə gəlib. Duelinin yekununda Taleh qələbə qazanıb: 6-1 və 6-4.

4B qrupunda Fəxri Ələkbərli Ülvi Səmədzadəni hər iki setdə məğlub edib: 6-2 və 6-1.

4D qrupunda Romano Kapoççi Mamed Həsənovu ümumilikdə 2:1 hesabı ilə məğlub edib.

4D qrupund həmçinin Ceyms Kastadio - Etibar Nəsirov dueli keçirilib. Ceyms setlərdə 6-1 və 7-5 hesabları ilə qalib gəlib.

4D qrupunun digər matçında Kərim Əsgərov Mehmet Sarhan Yıldızı hər iki setdə 6:3 hebı ilə məğlub edib.

5A qrupunda Ahmet Baki Kızıltaş Güldanə Əhmədə uduzub: 3-6 və 6-7.

5B qrupunda Murad Seyidov Mamed Bayramova qalib gəlib: 6-1 və 6-3

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/