"Porto Hotel Tennis League" turniri: 05.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Azər Səfərov Araz Gəncəlini hər iki setdə məğlub edib: 6:2 və 6:3.

2B qrupunda Tərlan Tağıyev Tayyar Tandan üstün olub: 6:3 və 6:4.

3A qrupunda Cəmil Feyzullayev İslam Hüseynovdan 6:2 və 6:2 hesabları ilə üstün olub.

3B qrupunda Əziz Manafov Cahangir Rzayevi məğlub edib: 6:0 və 6:1.

3C qrupunda Yadigar Məmmədli Nuridə Bünyatovaya qalib gəlib: 6:2 və 6:0.

4D qrupunda Kərim Əsgərov Ceyms Kastadioya məğlub olub: 0:6 və 4:6.

4D qrupunun digər duelində Ceyms Kastadio Romano Kapoççiyə uduzub: 1:6 və 2:6.

5A qrupunda Ahmet Çelik Ülvi Əsgərova məğlub olub: 2:6 və 3:6.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.