"Porto Hotel Tennis League" turniri: 06.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Məmmədzadə Umut Gündoğanı hər iki setdə məğlub edib: 6:3 və 6:1.

1-ci Liqada həmçinin Aurelien Prost və Rubden Valdes qarşılaşıb. Prost rəqibini 6:4 və 6:3 hesabları ilə məğlub edib.

4B qrupunda Natiq Paşayev Koray Kılıçdan üstün olub: 6:2 və 6:4.

4D qrupunda İslam Hüseynov Qorxmaz Əzimova qalib gəlib: 6:1 və 7:5.

5A qrupunda Ramin Əsədov Jamila Teregulovanı məğlub edib: 6:3, 2:6 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.