"Porto Hotel Tennis League" turniri: 06.02.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin fevral buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada İsmail Akıncı Teymur Dadaşova qalib gəlib: 6:3, 1:6 və 5:7.

4A qrupunda Mary Rose Del Norte Zaur Bayramlını məğlub edib: 5:7, 6:4 və 6:3.

4C qrupunda isə Nicat Həsənov Fərid Rzayevdən üstün olub: 6:1 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.