"Porto Hotel Tennis League" turniri: 06.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov Mansur Məmmədovu hər iki setdə məğlub edib: 6:2 və 6:3.

4B qrupunda Natiq Paşayev - Fərid Həsənov duelində Paşayev 6:3 və 6:2 hesabları ilə qalib gəlib.

4B qrupunun digər matçında Fəxri Ələkbərli Yunus Alpdan üstün olub: 6:1 və 6:1.

5B qrupunda Derviş Taşkesen Nigar Butayevaya hər iki setdə qalib gəlib: 6:2 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.