"Porto Hotel Tennis League" turniri: 07.02.2022

"Porto Hotel" Tennis Liqasında mübarizə davam edir.

Yarışın fevral buraxılışının növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov İzzət Çələbini çətinlikə məğlub edib: 6:7, 6:4 və 6:1.

2B qrupunda Ruben Valdes Fuad Ağayevlə bacarmayıb. 2:6 və 5:7.

3A qrupunda Əli Mirzəyev Rafe Hawkins Hillə uduzub: 0:6 və 2:6.

4A qrupunda Mamed Həsənov Mary Rose del Nortedən üstün olub: 6:0 və 6:3.

4B qrupunda Kamran Vatani Natig Paşayevi hər iki setdə məğlub edib: 7:5 və 6:0.

5A qrupunda Stacy Phillips Ahmet Çeliklə bacarmayıb. 2:6 və 1:6.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.