"Porto Hotel Tennis League" turniri: 07.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3C qrupunda Yadigar Məmmədli Ruslan Xəlilovu böyük hesabla məğlub edib: 6:2 və 6:0.

3C qrupunun digər matçında Niyazi Əmirbəyov Yusif Ələsgərovu 6:2 və 6:3 hesabları ilə məğlub edib.

4A qrupunda Taleh Əhmədov Koray Kılıçdan üstün olub: 6:1 və 6:0.

4C qrupunda Fərid Yarıyev Qorxmaz Əzimova hər iki setdə qalib gəlib: 6:3 və 6:0.

4D qrupunda Ceyms Kastodio Mamed Həsənov üzərində qələbə qazanıb: 6:3 və 6:2.

4D qrupunun digər duelində Romano Kapoççi Etibar Nəsirovu hər iki setdə 6:1 hesabı ilə məğlub edib.

5B qrupunda isə Murad Seyidov Cəfər Mirzəyevi məğlub edib.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.