"Porto Hotel Tennis League" turniri: 08.02.2022

"Porto Hotel" Tennis Liqasında növbəti duellər keçirilib.

Yarışın fevral buraxılışının 8-ci günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Bayramov Soltan Mamedovu hər iki setdə məğlub edib: 7:5 və 6:4.

3B qrupunda Sahib Həsənov Yusif Ələsgərova qalib gəlib: 6:3 və 6:2.

3C qrupunda Elçin Manafov Bəhruz Rüstəmovdan üstün olub: 7:5 və 7:6.

3C qrupununun digər duelində Sergey Zaqorovski Yadigar Məmmədlini məğlub edib: 6:2 7:5.

3D qrupunda Aleksandr Yakovlev Denis Kazarezova qalib gəlib: 6:0 və 6:4.

4A qrupunda Mamed Həsənov Zaur Bayramlını əzmkar oyunla məğlub edib: 4:6, 7:5 və 6:1.

5A qrupunda isə Koray Kılıç Cəfər Mirzəyevi məğlub edib: 6:0 və 6:1

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.