"Porto Hotel Tennis League" turniri: 09.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov Ruben Valdesə uduzub: 5:7 və 4:6.

3C qrupunda Yadigar Məmmədli Yusif Ələsgərovu hər iki setdə məğlub edib: 6:1 və 6:2.

5A qrupunda Ahmet Baki Kızıltaş Ülvi Əsgərovu 3 setin yekununda məğlub edib: 6:7, 6:4 və 6:1.

5A qrupunun digər matçında Ramin Əsədov Ahmet Çelikə böyük hesabla qalib gəlib: 6:1 və 6:1.

5B qrupunda Derviş Taşkesen Murad Seyidovdan üstün olub: 6:4 və 6:0.

5B qrupunun digər duelində isə Mamed Bayramov Nigar Butayevanı məğlub edib: 6:0 və 6:3.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.