"Porto Hotel Tennis League" turniri: 10.02.2022

"Porto Hotel" Tennis Liqasında daha bir neçə oyun keçirilib.

Yarışın fevral buraxılışının 8-ci günündə də bir sıra maraqlı nəticə qeydə alınıb.

1-ci Liqada Zaur Bayramov İsmayıl Babayevi əzmkar oyunla məğlub edib: 6:7, 6:2 və 6:1.

3A qrupunda Əli Mirzəyev İslam Hüseynova qalib gəlib: 6:2 və 6:1.

2A qrupunda Vasil Latsaniç İzzət Çələbidən üstün olub: 3:6 və 6:2.

2B qrupunda Azər Səfərov Ruben Valdesə qalib gəlib: 6:4, 6:0 (6:4 ret.)

3C qrupunda Yadigar Məmmədli Bəhruz Rüstəmovu məğlub edib: 6:3 və 6:4.

4B qrupunda Natiq Paşayev Derviş Taşkesenə qalib gəlib: 6:3 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.