"Porto Hotel Tennis League" turniri: 10.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb. 1-ci liqada 2 görüş keçirilib. Soltan Məmmədov İsmayıl Babayevi 6:2 və 7:5 hesabları ilə məğlub edərək 4 xalla 3-cü pillədə qərarlaşıb. Buna baxmayaraq İsmayıl liderdir.

İnamlı çıxışı ilə diqqət çəkən Zaur Bayramov Azər Səfərovu hər iki setdə məğlub edib: 7:5 və 7:6. Zaur 6 xalla 2-cidir. Azər isə 2 xalla 4-cüdür.

2B qrupunda Aurelien Prost Teymur Dadaşova hər iki setdə 6:2 hesabı ilə uduzub. Teymur hər 3 turda qalib gələrək liderliyini möhkəmlədib.

3B qrupunda Elçin Manafov Pərviz Eyyubovu 6:2 və 6:1 hesabları ilə məğlub edərək 10 xalla zirvədəki yerini daha da bərkidib. Pərviz isə 2 xalla 4-cüdür.

3C qrupunda Fərid Yariyev Natiq Paşayevi 7:5 və 6:3 hesabları ilə məğlub edib. Fərid 4 xalla liderdir.

4A qrupunda Tayyar Akkubayov Taleh Əhmədova qalib gəlib: 6:2 və 6:3. Təyyar 2 qələbə ilə qrupun lideridir.

5B qrupunda isə Mehmet Serhan Yıldız Niger Butayeva ilə qarşılaşıb. Türkiyəli tennisçi rəqibinə 1 qeym belə verməyib: 6:0 və 6:0. Mehmet 3 xalla 3-cüdür.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.