"Porto Hotel Tennis League" turniri: 10.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Məmmədzadə İsmayıl Babayevi hər iki setdə məğlub edib: 6:3 və 7:5.

2B qrupunda İzzət Çələbi Aleksandr Yakovlevə 3 setin yekununda qalib gəlib: 1:6, 6:2 və 6:3.

3A qrupunda Vasil Latsaniç İslam Hüseynovdan üstün olub: 6:1 və 6:1.

3D qrupunda Elçin Manafov Səftər Quliyevi məğlub edib: 6:1 və 6:0.

4A qrupunda Taleh Əhmədov Yeliaveta Maxortovaya qalib gəlib: 6:4 və 6:0.

4B qrupunda Fərid Həsənov Yunus Alpdan üstün olub: 6:4 və 6:2.

4C qrupunda Fatih Gök Qorxmaz Əzimovu hər iki setdə 6:0 hesabı ilə məğlub edib.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.