"Porto Hotel Tennis League" turniri: 11.02.2022

"Porto Hotel" Tennis Liqasında gərgin duellər olub.

Yarışın fevral buraxılışının 11-ci günündə bir sıra maraqlı nəticə qeydə alınıb. Oyunların hesablarını təqdim edirik:

2A qrupunda Tofiq Süleymanov Vasil Latsaniçi hər iki setdə məğlub edib: 6:2 və 6:4.

2B qrupunda isə böyük hesab qeydə alınıb. Tərlan Tağıyev - Tayyar Tan: 6:0 və 6:1.

3D qrupunda Pərviz Eyyubov Mehmet Serhan Yıldıza qalib gəlib: 6:3 və 6:4.

3D qrupunun digər duelində Aleksandr Yakovlev Mahal Göyüşovdan üstün olub: 6:0 və 6:4.

4D qrupunda Üzeyir Əlimərdanbəyli Güldanə Əhmədə 1 qeym belə verməyib: 6:0 və 6:0.

5A qrupunda isə Mamed Bayramov Rəcəb Səfərova 5:7 və 0:6 hesabları ilə uduzub.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.