"Porto Hotel Tennis League" turniri: 11.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb. 1-ci liqada Zaur Bayramov Bağır Əsgərəlizadədən hər iki setdə üstün olub. Maksimum nəticə ilə irəliləyən Zaur 9 xalla liqanın lideridir.

2B qrupunda Ruben Valdes İzzət Çələbini hər iki setdə mğlub edərək ilk oyunda qələbə qazanıb.

3B qrupunda Yadigar Məmmədli Fəxri Ələkbərliyə qalib gələrək liderliyə yüksəlib. Yadigar 10 xalla 1-cidir.

3C qrupunda Əli Mirzəyev Natiq Paşayevlə qarşılaşıb. Qələbə qazanan Əli 6 xalla zirvəyə yüksəlib.

 4B qrupunda ilk oyununu keçirən Orxan Sadıqlı Etibar Nəsirovdan hər iki setdə üstün olub.

4C qrupunun lideri Mamed Həsənov 4-cu oyununda mğlub olub. Ruslan Xəlilov hər iki setdə rəqibinə qalib gəlib.

4D qrupunda Ruslan Kərimova qalib gələn Nicat Əfəndiyev 6 xalla qrup lideridir.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/