Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.
Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb. 2A qrupunda lider Aleksandr Yakovlev Tofiq Süleymanova hər iki setdə məğlub olub.
3D qrupunda isə gərgin mübarizə yaşanıb. Fuad Ağayev - Fatih Gök dueli 3 set davam edib. 2-1 hesabı ilə qələbə qazanan Fuad 6 xalla liderdir.
4D qrupunda Kərim Əsgərov Səftər Quliyevlə qarşılaşıb. 3 setdən sonra qalib gələn Kərim 4 xalla 3-cüdür.
5A qrupunun lideri Derviş Taşkesen mövqeyini möhkəmlədib. Türkiyəli tennisçi bu dəfə Mamed Bayramovu hər iki setdə məğlub edib.
5B qrupunda Ahmet Halis Güngüneş həmyerlimiz Samir Aslanovla bacara bilməyib.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi
Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.
https://liga.bta.az/az/