"Porto Hotel Tennis League" turniri: 12.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Azər Səfərov Mansur Məmmədovdan üstün olub: 6:4 və 6:4.

2B qrupunda Fuad Ağayev Tayyar Tana qalib gəlib: 7:6 və 6:4.

3A qrupunda Tayyar Akkubayov İslam Hüseynovu məğlub edib: 6:4 və 6:3.

3A qrupunda Emil Məmmədov İslam Hüseynovdan üstün olub: 6:1 və 6:1.

3B qrupunda Cahangir Rzayev Bəhruz Rüstəmovu məğlub edib: 6:3 və 6:2.

3D qrupunda Üzeyir Əlimərdanbəyli Səftər Quliyevi hər iki setdə məğlub edib: 6:1 və 6:1.

3D qrupunda Mahal Göyüşov Üzeyir Əlimərdanbəyliyə qalib gəlib: 6:4 və 6:0.

4B qrupunda Fəxri Ələkbərli Fərid Həsənovdan üstün olub: 6:2 və 6:2.

5A qrupunda Ramin Əsədov Ülvi Əsgərovu məğlub edib: 6:4 və 7:5.

5B qrupunda Derviş Taşkesen Mamed Bayramovu çətinliklə məğlub edib: 7:5 və 7:6.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.