"Porto Hotel Tennis League" turniri: 13.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3C qrupunda Yadigar Məmmədli Fərid Yarıyevi məğlub edib: 6:4 və 6:1.

3D qrupunda Aleksandr Yakovlev Rafe Hawkins-Hillə qalib gəlib: 6:4 və 7:6.

3D qrupunda Eldar Salayev Romano Kapoççiyə qalib gəlib: 1:6, 6:3 və 6:2.

4A qrupunda Jerome Kelle - Taleh Əhmədov duelindən Jerome qalib ayrılıb: 6:4 və 6:0.

4A qrupunda Mamed Həsənov Ahmet Halis Güngünəşi məğlub edib: 6:4 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.