"Porto Hotel Tennis League" turniri: 13.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3C qrupunda Nuridə Bünyatova Yusif Ələsgərovu məğlub edib: 7:6 və 6:1.

3D qrupunda Mahal Göyüşov Elçin Manafova uduzub: 1:6 və 0:6.

4A qrupunda Pərviz Eyyubov Koray Kılıça hər iki setdə qalib gəlib: 6:3 və 6:1.

4A qrupunun digər duelində Pərviz Eyyubov Yelizaveta Maxortovanı məğlub edib: 6:1 və 6:1.

5A qrupunda Güldanə Əhməd ilk setdə Ramin Əsədova 1:6 hesabı ilə uduzsa da, sonradan əzmkarlıq göstərərək qalib gəlib. 1:6, 6:2 və 6:1.

5B qrupunda isə Şeyh Musa Melek Nigar Butayevadan üstün olub: 6:4 və 6:3.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.