Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.
Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.
1-ci Liqada Zaur Bayramov İsmail Akınçı ilə qarşılaşıb. Yekunda dueldən Bayramov qalib ayrılıb: 7:5 və 7:6.
2A qrupunda İsmayıl Babayev Azər Səfərovdan üstün olub: 5:7, 6:3 və 6:0.
2B qrupunda Fuad Ağayev Tofiq Süleymanovu məğlub edib: 1:6, 6:2 və 7:6.
3C qrupunda Zaur Əsədov Cəmil Feyzullayevə qalib gəlib: 6:1 və 6:2.
5A qrupunda Cəmilə Teregulova Rəcəb Səfərovu böyük hesabla məğlub edib: 6:0 və 6:0.
Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.
Liqanın məqsəd və vəzifələri
- Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
- Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
- Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
- İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi