"Porto Hotel Tennis League" turniri: 14.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2B qrupunda Aurelien Prost əvvəlcə İzzət Çələbini, daha sonra isə Tomas Uolkeni məğlub edərək 7 xalla ikinci pillədə qərarlaşıb.

3A qrupunda Peter Palya Yusif Ələsgərovu məğlub edib.

3C qrupunda Tayyar Tan Fərid Yarıyevdən hər 2 setdə üstün olub.

4A qrupunda Cahangir Rzayev Yunus Alpa mərhəmət etməyib: 6-0 və 6-1.

4D qrupunda İslam Hüseynov Nicat Əfəndiyevi məğlub etsə də, Nicat zirvədəki yerini qoruyub.

Bu qrupun digər matçında Mary Rose Del Norteni Kərim Əsgərov gərgin mübarizə aparıb. Yekunda 2:1 hesabna Kərim sevinib.

5A qrupunda Ülvi Səmədzadə Mamed Bayramovu hər iki setdə məğlub edib.

5B qrupunda isə Mehmet Serhan Yıldız Güldanə Əhmədə böyük fərqlə qalib gəlib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/