"Porto Hotel Tennis League" turniri: 14.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Aurelien Prost Soltan Məmmədovu hər iki setdə məğlub edib: 6:4 və 6:4.

2A qrupunda Yuri Zaytsev Azər Səfərova çətinliklə də olsa, qalib gəlib: 6:3, 3:6 və 6:4.

3C qrupunda Eldar Salayev Ruslan Xəlilovdan üstün olub: 6:3 və 6:4.

3D qrupunda Vüsal Bağırov Səftər Quliyevi məğlub edib: 6:4 və 6:3.

4C qrupunda Fərid Yarıyev - Samir Rzayev duelində Fərid qalib gəlib: 6:1 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.