"Porto Hotel Tennis League" turniri: 15.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

3C qrupunda Tayyar Tan Fərid Yarıyevi 6:4 və 6:2 hesablartı ilə məğlub edib.

4D qrupunda Yunus Alp Derviş Taşkesenə qalib gəlib: 7:6 və 7:6.

5A qrupunda isə Mamed Bayramov Rəcəb Səfərovu hər iki setdə məğlub edib: 7:6 və 6:4.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi