"Porto Hotel Tennis League" turniri: 15.02.2022

"Porto Hotel" Tennis Liqasında gərgin duellər olub.

Yarışın fevral buraxılışının 11-ci günündə bir sıra maraqlı nəticə qeydə alınıb. Oyunların hesablarını təqdim edirik:

1-ci Liqada Teymur Dadaşov Soltan Mamedovu məğlub edib: 6:0 və 6:3.

2B qrupunda Azər Səfərov Tərlan Tağıyevlə bacarmayıb: 6:2, 3:6 və 2:6.

3C qrupunda Yadigar Məmmədli Fərid Həsənova qalib gəlib: 6:4 və 6:2.

4B qrupunda Samir Rzayev Ramin Əsədovdan üstün olub: 6:0 və 6:2.

5A qrupunda Koray Kılıç Mamed Bayramovu məğlub edib: 6:2 və 6:4.

2A qrupunda İzzət Çələbi Yuriy Zaytsevə uduzub: 3:6 və 2:6.

4A qrupunda Bülent Özerdim Mary Rose Del Norteni hər iki setdə məğlub edib: 6:1 və 6:1.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.