"Porto Hotel Tennis League" turniri: 16.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Tofiq Süleymanov Mansur Məmmədovu hər iki setdə məğlub edib.

2B qrupunda lider Teymur Dadaşov Ruben Valdesdən üstün olub. Bütün oyunlarda qalib gələn Teymur qrupun lideridir.

3A qrupunda bütün duelləri qazanan Yuri Zaytsev Yusif Ələsgərovu da məğlub edərək liderliyini möhkəmləndirib.

3D qrupunun lideri Fuad Ağayev də itkisiz irəliləyir. O, bu dəfə Ceyms Kastadioya qalib gəlib.

4A qrupunda Cahangir Rzayev Taleh Əhmədov duelindən çətinliklə də olsa, Cahangir qalib ayrılıb.

4A qrupunda digər görüşdə Samir Rzayev Yunus Alpı məğlub edib.

5B qrupunda Mehmet Serhan Yıldız Ramin Əsədovu hər iki setdə məğlub edib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/