"Porto Hotel Tennis League" turniri: 16.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2B qrupunda Fuad Ağayev İzzət Çələbini hər iki setdə məğlub edib: 6:1 və 7:5.

3C qrupunda Niyazi Əmirbəyov Ruslan Xəlilova 6:2 və 6:0 hesabları ilə qalib gəlib.

3C qrupunun digər matçında Eldar Salayev Yadigar Məmmədlidən üstün olub: 1:6, 6:4 və 6:4.

5A qrupunda Ramin Əsədov Ahmet Baki Kızıltaşı məğlub edib: 6:4 və 6:1.

5B qrupunda Murad Seyidov Nigar Butayevaya qalib gəlib: 6:2 və 6:3.

5B qrupunun digər duelində Mamed Bayramov Cəfər Mirzəyevdən üstün olub: 6:3 və 6:0.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.