"Porto Hotel Tennis League" turniri: 17.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2B qrupunda Soltan Mamedov Tofiq Süleymanovu hər iki setdə məğlub edib: 6:3 və 6:2.

2B qrupunun digər duelində Elçin Manafov Niyazi Əmirbəyova 7:6, 5:7 və 6:3 hesabları ilə qalib gəlib.

3A qrupunda Yuriy Zaytsev Ruslan Xəlilovu böyük hesabla məğlub edib: 6:0 və 6:0.

4D qrupunda Mahal Göyüşov Ülvi Səmədzadəyə 1 qeym belə verməyib: 6:0 və 6:0.

5A qrupunda Zaur Bayramlı Cəmilə Teregulovadan üstün olub: 4:6, 6:3 və 6:4.

5B qrupunda isə Murad Seyidov Ülvi Əsgərova qalib gəlib: 6:0, 3:6 və 6:4

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi