"Porto Hotel Tennis League" turniri: 17.02.2022

"Porto Hotel" Tennis Liqasında daha bir neçə duel keçirilib.

Yarışın fevral buraxılışının 17-ci günündə bir sıra maraqlı nəticə qeydə alınıb. Görüşlərin nəticələri ilə tanış olaq:

1-ci Liqada Zaur Məmmədzadə Soltan Mamedovu hər iki setdə məğlub edib: 6:4 və 7:5.

3B qrupunda Vüsal Bağırov Sahib Həsənovu çətinliklə məğlub edib: 6:7, 6:2 və 6:2.

3C qrupunda Yadigar Məmmədli Ruslan Xəlilovdan üstün olub: 6:1 və 6:0.

4C qrupunda Nicat Həsənov Etibar Nəsirova qalib gəlib: 6:0 və 6:1.

4D qrupunda iki görüş olub. James Custodio Yunus Alpa qalib gəlib: 6:4 və 6:2

4D qrupunun digər matçında isə Rafiq Novruzov Murad Şıxıyevdən üstün olub. 6:1 və 7:5

5A qrupunda Cəmilə Teregulova Stacy Fillipsi məğlub edib: 6:3 və 6:2.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Porto Hotel Tennis Liqasında mükafat fondu hər ay 1500 AZN-dir.