"Porto Hotel Tennis League" turniri: 17.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

Liqa 1-də maraqlı nəticə qeydə alınıb. Bağır Əsgərəlizadə ilə İsmayıl Babayevin dueli gərginliyi ilə diqqət çəkib. Bağır ilk hissədə qalib gəlsə də, digər 2 setdə İsmayıl qələbə qazanıb. 4 oyun keçirən İsmayıl 10 xalla liderdir. 3 oyuna 3 qələbə qazanan Zaur Bayramov isə 2-ci pillədədir.

2A qrupunda Rəsul Babazadə Tofiq Süleymanovu hər iki hissədə məğlub edib.

3A qrupunda bütün oyunlarda qələbə qazanan Yuri Zaytsev bu dəfə Vasil Latsaniçi məğlub edib. Yuri 15 xalla liderliyini davam etdirir.

3C qrupunda Əli Mirzəyev Fərid Yarıyevi böyük hesabla məğlub edib.

4A qrupunda Tayyar Akkubayov Fərid Həsənovdan hər iki setdə 6:1 hesabı ilə üstün olub.

4D qrupunda Səftər Quliyev Mary Rose del Norteni məğlub edərək liderliyə yüksəlib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/