"Porto Hotel Tennis League" turniri: 17.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Zaur Məmmədzadə Soltan Mamedovu çətinliklə də olsa, məğlub edib. 6:3, 4:6 və 6:0.

2B qrupunda İsmail Akıncı Aleksandr Yakovlevdən hər iki setdə üstün olub: 6:3 və 6:3.

3B qrupunda Əziz Manafov Bəhruz Rüstəmova qalib gəlib: 6:2 və 6:3.

3B qrupunun digər duelində Sahib Həsənov Cahangir Rzayevi 3 setin yekununda məğlub edib: 4:6, 6:4 və 10:3.

5A qrupunda Ahmet Halis Güngüneş Ahmet Çeliki əzmkar oyunla məğlub edib: 4:6, 6:4 və 6:3.

 

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.