"Porto Hotel Tennis League" turniri: 18.01.2022

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin yanvar buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

1-ci Liqada Umut Gündoğan Zaur Bayarmovu hər iki setdə məğlub edib: 6:3 və 7:5.

2A qrupunda Əziz Manafov Emil Məmmədova 3 setin yekununda qalib gəlib: 1:6, 7:5 və 6:4.

3A qrupunda Yuriy Zaytsev Vüsal Bağırovu hər iki setdə 6:4 hesabı ilə məğlub edib.

3C qrupunda Zaur Əsədov Kamran Vətənini məğlub edib: 6:4 və 6:4.

3C qrupunda həmçinin Tayyar Tan Yadigar Məmmədlidən üstün olub: 6:4 və 6:1.

4A qrupunda Mamed Həsənov Taleh Əhmədovu məğlub edib: 4:6, 6:3 və 12:10.

4A qrupunda Samir Rzayev Ahmet Halis Güngünəşə qalib gəlib: 6:3 və 7:5.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi