"Porto Hotel Tennis League" turniri: 18.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

Liqa 1-də maraqlı nəticə qeydə alınıb. Zaur Məmmədzadə Azər Səfərovla qarşılaşıb. Zaur hər 2 setdə rəqibini 6:2 hesabı ilə məğlub edərək 7 xalla 3-cü pillədə qərarlaşıb.

3A qrupunda Cəlal Quliyev Yusif Ələkbərova ilk setdə qalib gəlsə də, sonradan təşəbbüsü əldən verib və Cəlal məğlub olub.

3B qrupunda Araz Gəncəli - Yadigar Məmmədli duelində kortlarda az rast gəlinən hadisə baş verib. Araz görüşə gəlmədiyi üçün lider qrupun lideri Yadigar 3:0 hesabı ilə qalib elan olunub.

4B qrupunda Cavahir Çolakoğlu Qorxmaz Əzimovu çətinliklə də olsa, məğlub edib.

4C qrupunda Rafiq Novruzov Mamed Həsənova qalib gəlib.

5A qrupunda Koray Kılıç Mamed Bayramovu böyük hesabla məğlub edib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/