"Porto Hotel Tennis League" turniri: 19.11.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin növbəti görüşləri keçirilib.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2B qrupunda Aurelien Prost 2 görüş keçirib. Nuridə Bünyatovaya 1 qeym belə verməyən Aurelien növbəti dueldə Ruben Valdesdən üstün olub. Bununla da, Aurelien Prost 2B qrupunda 13 xalla liderliyə yüksəlib.

3D qrupunun lideri Fuad Ağayev növbəti qələbəsini qazanıb. Fuad bu dəfə Mahal Göyüşovu məğlub edib.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.

https://liga.bta.az/az/