"Porto Hotel Tennis League" turniri: 19.12.2021

Bakı Tennis Akademiyasında "Porto Hotel Tennis League" turnirinin dekabr buraxılışı davam edir.

Böyük maraq toplayan həvəskar turnirin növbəti günündə maraqlı nəticələr qeydə alınıb.

2A qrupunda Yuri Zaytsev Mansur Məmmədovu hər iki setdə məğlub edib: 6:2 və 6:0.

2A qrupunun digər matçında Araz Gəncəli Tofiq Süleymanova qalib gəlib: 3:6, 7:5 və 7:5.

2B qrupunda İsmail Akınçı Fuad Ağayevdən üstün olub: 6:4 və 6:2.

3A qrupunda Emil Məmmədov Tayyar Akkubayovu məğlub edib: 6:1 və 6:4.

4B qrupunda Yunus Alp Ülvi Səmədzadəyə qalib gəlib: 7:5 və 6:3.

4D qrupunda isə Mamed Həsənov Mehmet Sarhan Yıldızı məğlub edib: 6:4, 5:7 və 6:3.

Tennis Liqasının bütün nəticələri, reqlamenti, statistikası ilə 3 dildə fəaliyyət göstərən https://liga.bta.az/az/ saytında tanış ola bilərsiniz.

Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının güclərinə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-5 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

Liqada aylıq iştirak haqqı 10 AZN, ümumi mükafat fondu isə 1500 AZN-dir.